Estoniya Prezidenti Alar Karis Ukraynaya səfər edib.
APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenskinin "Facebook" hesabında bildirilib.
"Estoniya Prezidenti Alar Karisi Kiyevdə salamlayıram. Yardımın məbləğinin ölkənin ÜDM-nə nisbətinə nəzər salsanız, görəcəksiniz ki, Estoniya bizim müdafiəmizə ən sürətli və ən çox yardım edənlər sırasındadır. Verilən bütün dəstəyə görə təşəkkür edirəm!", – Zelenski yazıb.