“Everton” klubunun sahibi barəsində maliyyə araşdırmasına başlanılıb

“Everton” klubunun sahibi barəsində maliyyə araşdırmasına başlanılıb
# 31 may 2023 18:54 (UTC +04:00)

Britaniya Xəzinədarlığı “Everton” futbol klubunun sahibi Fərhad Moşirinin maliyyə vəziyyətini nəzərdən keçirir.

APA-nın Britaniya bürosunun xəbərinə görə, bu barədə “Guardian” məlumat yayıb. Bildirilib ki, Xəzinədarlığın sanksiya polisi “Everton” futbol klubunun sahibi Fərhad Moşirinin maliyyə vəziyyətini nəzərdən keçirir.

Moşiri, keçən il Rusiyanın Ukraynaya hücumlarından sonra Böyük Britaniya, Aİ və ABŞ tərəfindən sanksiyaya məruz qalan rus-özbək milyarder Əlişir Usmanovla əlaqələrinə görə Maliyyə Sanksiyalarının Tətbiqi Ofisinin (OFSI) maraq dairəsinə çevrilib.

Usmanovun həmçinin 2021-ci ilin sentyabrından Böyük Britaniyaya girişi qadağan edilib, çünki onun ölkədə mövcudluğu ictimai rifah üçün əlverişli hesab edilmir.

Bu ayın əvvəlində Sunday Times-ın 2023 Zənginlər siyahısı Moşirinin təxminən 1,6 milyard funt sterlinq dəyərində mal varlığının olduğunu təxmin edib. “Everton”dan başqa, Moşiri Böyük Britaniyada 100 milyon funt sterlinqdən çox dəyərə sahib əmlakın, o cümlədən Londonun şimalındakı bir sıra lüks evlərin sahibi kimi siyahıya alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR