Bank Of Baku

Finlandiya Rusiya sərhədi yaxınlığında təlimlərə başlayıb

Finlandiya Rusiya sərhədi yaxınlığında təlimlərə başlayıb
# 08 yanvar 2025 22:38 (UTC +04:00)

Finlandiya sərhədçiləri bu həftə və gələn həftə Rusiya ilə olan sərhədin mühafizəsi təlimlərini keçirəcək.

APA xəbər verir ki, bu barədə Finlandiyanın “Yle” televiziyası məlumat yayıb.

“Cənub-Şərqi Finlandiya Sərhəd Mühafizəsi şərq sərhədindəki sərhəd keçid məntəqələrində sərhəd mühafizəsi təlimləri təşkil edir”, - məlumatda deyilir.

Təlimlər İmatra, Nuiyamaa, Vaalimaa və Virolahti rayonlarında keçiriləcək.

Təlimlərə polis, gömrük, xilasetmə və müdafiə qüvvələrinin şəxsi heyətindən ümumilikdə 300-ə yaxın şəxs cəlb edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR