Bank Of Baku

Finlandiya Rusiyanın Turkudakı Baş Konsulluğunun fəaliyyət icazəsini ləğv edir

Finlandiya Rusiyanın Turkudakı Baş Konsulluğunun fəaliyyət icazəsini ləğv edir
# 19 iyul 2023 17:45 (UTC +04:00)

Finlandiya oktyabrın 1-dən etibarən Rusiyanın Turkudakı Baş Konsulluğunun fəaliyyət icazəsini ləğv edir.

APA Finlandiya hökumət kabinetinin rəsmi saytına istinadən xəbər verir ki, bu barədə müvafiq razılaşma bu gün Prezidentlə Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Nazirlər Komitəsinin iclasında əldə olunub.

Bu gün keçirilən müzakirədə qeyd olunub ki, Rusiyanın Finlandiyanın Sankt-Peterburqdakı Baş Konsulluğunun 2023-cü il oktyabrın 1-dən bağlanması ilə bağlı açıqlaması Finlandiyanın daha əvvəl Rusiya diplomatlarının ölkədən çıxması barədə açıqlamasına asimmetrik cavabdır. Prezident və Nazirlər Komitəsi Finlandiyanın 1 oktyabr 2023-cü il tarixindən etibarən Rusiyanın Turkudakı Baş Konsulluğunun fəaliyyət göstərməsi ilə bağlı razılığını geri götürməklə Moskvaya cavab barədə razılığa gəliblər.

Finlandiya Xarici İşlər Nazirliyi məsələ ilə bağlı Rusiya səfirini məlumatlandırıb.

Prezident və Nazirlər Komitəsi gələcəkdə Rusiyanın Mariehamndakı konsulluğunun statusunun da müzakirə olunacağını qeyd ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR