Finlandiyanın baş naziri Sanna Marin Sosial Demokrat Partiyasının (SDP) parlament seçkilərindəki məğlubiyyətini etiraf edib.
APA-nın məlumatına görə, o, bunu səsvermə başa çatdıqdan sonra tərəfdarları qarşısında çıxışı zamanı deyib.
Petteri Orponun rəhbərlik etdiyi Milli Koalisiya Partiyası seçkidə qalib gəlib.
"Demokratiya öz sözünü dedi" deyən Marin dəstəyə görə tərəfdarlarına təşəkkür edib.