Bank Of Baku

Fitso: Rusiyanın Ukraynadakı ələ keçirdiyi ərazilərdən çıxacağını gözləmək real deyil

Slovakiyanın Baş naziri Robert Fitso

© APA | Slovakiyanın Baş naziri Robert Fitso

# 20 yanvar 2025 21:05 (UTC +04:00)

Slovakiyanın Baş naziri Robert Fitso Rusiyanın Ukraynada ələ keçirdiyi ərazilərdən geri çəkiləcəyi ilə bağlı gözləntiləri qeyri-real adlandırıb.

APA xəbər verir ki, hökümət başçısı bunu Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqlardan sonra keçirdiyi mətbuat konfransında deyib.

“Gəlin çəhrayı eynəklərimizi çıxaraq və bir az realist olaq. Rusiyanın hazırda əlində olan ərazilərdən geri çəkiləcəyini gözləmək real deyil”, - Baş nazir qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR