Bank Of Baku

Fitso Ukrayna ilə bağlı sülh danışıqlarının Türkiyədə baş tutacağını istisna etməyib

Slovakiyanın Baş naziri Robert Fitso

© APA | Slovakiyanın Baş naziri Robert Fitso

# 21 yanvar 2025 05:00 (UTC +04:00)

Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündən sonra Slovakiyanın Baş naziri Robert Fitso bildirib ki, Türkiyə öz ərazisində “əsas oyunçular” arasında danışıqlara ev sahibliyi edə və Ukrayna münaqişəsinə son qoya bilər.

APA xəbər verir ki, bu barədə Slovakiyanın “Teraz” portalı məlumat yayıb.

Slovakiyanın Baş naziri hesab edir ki, yüksək səviyyəli sülh danışıqları bu məsələdə tamamilə neytral olan və Beynəlxalq Cinayət Məhkəməsi ilə əlaqəsi olmayan ölkədə aparılmalıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR