Fransa HAMAS-a qarşı mübarizə üçün regional və beynəlxalq koalisiya yaratmağı təklif edib.
APA xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron İsrailə səfəri çərçivəsində Baş nazir Benyamin Netanyahu ilə görüşü zamanı bu təkliflə çıxış edib.
Fransa Prezidenti HAMAS-ın girov götürdüyü bütün şəxslərin azad edilməsinin vacibliyini vurğulayıb.
Makron 7 oktyabrda baş verənləri dəhşətli terror aktı adlandırıb.