Fransa Senatı "xarici agentlər" haqqında qanun layihəsini qəbul edib

Senat

© APA | Senat

# 23 may 2024 11:02 (UTC +04:00)

Fransa Senatı ölkəyə xarici müdaxilənin qarşısını almağı nəzərdə tutan qanun layihəsini qəbul edib.

APA-nın qurumun xəbər portalı olan “Public Sénat”a istinadən xəbərinə görə, “Fransaya xarici müdaxilələrin qarşısının alınması haqqında” qanun layihəsi sənəd xarici agent statusu verilməsi üçün tələbləri də müəyyən edib.

Müxalifətin etirazlarına rəğmən təsdiqlənən sənəddə ilk növbədə xarici dövlətlərin maraqlarını təmsil edən şəxslər, şirkətlər və kütləvi informasiya vasitələrinin istər özü, istərsə də personalı barədə məlumatları yaradılacaq reyestrdə qeydiyyatdan keçirməsi tələb olunur. Daha bir müddəaya görə, Fransanın xüsusi xidmət orqanlarına sözü gedən siyahıya daxil olan subtektlərin məhkəmənin qərarı olmadan izlənməsinə icazə verir.

Qanuna əlavə olaraq təsdiqlənən siyahıda “xarici agent” statusu verilən şəxs və şirkətlərin adları yer alıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR