Fransa Ukrayna məhsullarının idxalını məhdudlaşdırmaq çağırışını dəstəkləyib

Fransa Ukrayna məhsullarının idxalını məhdudlaşdırmaq çağırışını dəstəkləyib
# 19 mart 2024 05:01 (UTC +04:00)

Fransa Ukraynadan kənd təsərrüfatı məhsullarının idxalının məhdudlaşdırılması ilə bağlı Polşanın mövqeyinə qoşulub.

APA xəbər verir ki, bu barədə “Politico” mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Paris və Varşavanın qərarı alyansın Ukrayna ilə ticarət məsələsində birliyinə xələl gətirə və Avropa Komissiyası, Aİ Şurası və Avropa Parlamentinin martın 19-na planlaşdırılan iclasını poza bilər.

Nəşrin mənbələri qeyd edir ki, Fransa və Polşa tərəfindən idxalın məhdudlaşdırılması Ukraynanın təxminən 1,2 milyard avro itirməsinə səbəb olacaq.

Belçika, Almaniya, Polşa və Fransa da daxil olmaqla, Avropa İttifaqının bir sıra ölkələrində fermerlər Ukraynadan kənd təsərrüfatı məhsullarının Avropa ölkələrinə nəzarətsiz idxalına etiraz edirlər.

Fevralın sonunda Avropanın Kənd Təsərrüfatı üzrə Komissarı Yanuş Voytsexovski Ukraynanı “Avropalı fermerlərin vəziyyətini başa düşməyə” çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR