Fransada kütləvi iğtişaşların tüğyan etdiyi bir vaxtda prezident Makronun həyat yoldaşı Bricitlə Elton Conun Paris konsertində iştirakı vətəndaşların hiddətinə səbəb olub.
APA xəbər verir ki, Makron cütlüyünün Elton Conun Parisin məşhur l’Accor Arena konsert salonunda baş tutmuş konsertində əylənməsi Fransa cəmiyyətində kəskin etirazla qarşılanıb.
Onların konsertdə iştirakı gizli saxlanılsa da, Makronun konsertdə əyləndiyini və rəqs etdiyini göstərən azsaylı foto və videolar mətbuata sızıb.
Ölkədə etiraz dalğasının gücləndiyi bir vaxtda Fransa prezidentinin konsertdə əylənməsi sosial şəbəkələrdə böyük əks səda doğurub.
Sosial şəbəkədə “Heç nə onun vecinə deyil”, “O, indi hadisələrin mərkəzində olmaq əvəzinə, əylənir”, “küçələrdə vandallıq, soyğunçuluq baş alıb gedir, Makron isə əylənir” fikirləri sürətlə yayılmaqdadır. Ənənəvi media da Emanuel Makronun və Bricit Makronun Elton Conun konsertində iştirakına geniş yer ayırıb. Mövzu ilə bağlı əksər məqalələrin başlığında 17 yaşlı Naelin öldürülməsi və Makronun konsertdə iştirakı paralel göstərilir.
https://twitter.com/destinationcine/status/1674430061188124673?s=46&t=NB2IFkxe_srxFfv_-fbikA
https://www.valeursactuelles.com/societe/mort-de-nahel-a-nanterre-emmanuel-macron-etait-il-au-concert-delton-john-pendant-les-emeutes
Bu addım bir daha göstərir ki, E.Makronu sadə fransıların qayğıları yox, onu hakimiyyətə gətirmiş marginal qrupların o cümlədən erməni lobbisinin tələbləri maraqlandırır.
17 yaşlı Naelin qətli hələ də tam araşdırılmayıb, bütün Fransa ayağa qalxıb, Nael üçün ədalət tələb edir, Makronlar isə konsertdə rəqs edir.
Qeyd edək ki, Nanter şəhərində 17 yaşlı Əlcəzair əsilli Naelin polis tərəfindən qətlə yetirilməsi kəskin etirazlara səbəb olub.
Fransanın əksər şəhərlərini etiraz aksiyaları bürüyüb. Polislə toqquşmalar baş verib, yüzlərlə insan saxlanılıb.