Fransada etirazçılar Prezident Emmanuel Makronun Elzas bölgəsinə gəlişinə qarşı mitinq keçiriblər.
APA xəbər verir ki, bu barədə “Agence France-Presse” (AFP) agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, jandarmlar etirazçılara qarşı güc tətbiq edib. Nümayişcilər regionun mərkəzi olan Mütterşolz şəhərinin meriya binasının yaxınlığındakı meydanda toplaşıb, jandarmlar etirazçılara qarşı güc tətbiq edib və onları meriyanın binasından 200 metr geriyə sıxışdırıblar.
Qanunu pozanlara qarşı hansı cəza tədbirlərinin tətbiq ediləcəyi məlum deyil.