Bank Of Baku

Fransada həbsxanada məhkum 4 nəfəri girov götürüb

Fransada həbsxanada məhkum 4 nəfəri girov götürüb
# 03 yanvar 2025 16:53 (UTC +04:00)

Fransanın cənubundakı Arl kommunasında yerləşən həbsxanada bıçaqla silahlanmış məhkum üç nəfər tibb işçisi və nəzarətçi də daxil olmaqla, 4 nəfəri girov götürüb.

APA xəbər verir ki, bu barədə “La Provence” qəzeti məlumat yayıb.

Hazırda onunla danışıqların aparıldığı bildirilsə də, tələblərinin nədən ibarət olduğu açıqlanmayıb.

Qeyd edək ki, 90-cı illərdə inşa olunan həmin cəzaçəkmə müəssisəsi 159 məhbusun saxlanılması üçün nəzərdə tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR