Bank Of Baku

Fransada iğtişaşlar zamanı 421 nəfər həbs edilib - VİDEO - YENİLƏNİB-2

Fransada iğtişaşlar zamanı 421 nəfər həbs edilib - VİDEO  - YENİLƏNİB-2
# 30 iyun 2023 07:55 (UTC +04:00)

Fransa şəhərlərində ötən gecə başlayan iğtişaşlar sakitləşib.

APA xəbər verir ki, bu barədə Fransa DİN məlumat yayıb.

Bildirilib ki, gecə ərzində 421 nəfər saxlanılıb. Saxlananların əksəriyyəti 14-18 yaşlı şəxslərdir.

***

05.49

Hüquq-mühafizə orqanları Parisin Nanter qəsəbəsində polis zabiti tərəfindən öldürülən 17 yaşlı yeniyetmənin xatirəsinə "ağ yürüş"dən sonra cümə axşamı ölkəni bürümüş iğtişaşlar zamanı bütün Fransada 328 nəfəri saxlayıb.

APA-nın məlumatına görə, bu barədə cümə günü BFM telekanalı daxili işlər naziri Cerald Darmaninə yaxın mənbəyə istinadən məlumat verib.

***

01.15

Fransanın böyük şəhərlərində polislə qarşıdurma intensivləşib.

APA-nın “Figaro”ya istinadla xəbərinə görə, Lil şəhərində narazı kütlə tullantı qablarına od vurub. 27 etirazçı saxlanılıb. Tuluzda aksiyaçılar polis komissarlığına Molotov kokteyli atıb. Lyonda tramvay və avtobus yandırılıb. Polis aksiyaçılara qarşı səs bombaları istifadə edir. 5 kommunada komendant saatı tətbiq edilib.

***

23.51

Fransada polisin 17 yaşlı gənci öldürməsinə qarşı etirazlar səngimir.

APA-nın “Figaro”ya istinadla xəbərinə görə, polislər barədə həbs qətimkan tədbirinin seçilməsi də aksiyalara mane olmayıb.

Marsel, Tuluz, Lion və digər böyük şəhərlərdə axşam saatlarında etirqaz aksiyaları yenidən intensivləşib. Sözügedən ərazilərə çox sayda polis qüvvəsi cəlb olunub. Tuluzda polisin iti güllələməsi gərginliyi daha da artırıb. Marseldə çox sayda iş yeri qarət edilib. Parisdə azı 20 aksiyaçı saxlanılıb. Aksiyaçılar Nanterdə bir kafeni yandırıb. Polis Nanterdə bankı yandırmağa cəhd edən 3 nəfəri həbs edib.

Aksiyalar ictimai nəqliyyatın fəaliyyətini iflic edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR