Hüquq-mühafizə orqanları iyunun 6-da bütün Fransada keçiriləcək pensiya islahatına qarşı etiraz aksiyasında 400-600 min nəfərin iştirakını gözləyir.
APA-nın məlumatına görə, bu barədə “Le Figaro” qəzeti polisin məlumatlarına istinadən xəbər verib.
Nəşr vurğulayır ki, bəzi şəhərlərdə 10 mindən çox insan küçələrə çıxa bilər. Söhbət Qrenobl, Lion, Nant və Tuluzadan gedir.
Bildirilir ki, hakimiyyət qarşıdan gələn nümayişlərdə iğtişaş törədilməsindən ehtiyat edir.