Bank Of Baku

Fransada tütün sexinə silahlı basqın edən şəxs saxlanılıb - YENİLƏNİB-2

Fransada tütün sexinə silahlı basqın edən şəxs saxlanılıb  - YENİLƏNİB-2
# 08 may 2019 07:12 (UTC +04:00)

Fransada tütün sexinə silahlı basqın edən şəxs polis tərəfindən saxlanılıb.

Bu barədə Fransanın daxili işlər naziri Kristofer Kastaner Tvitter səhifəsində yazıb.

ONA Rusiya KİV-ə istinadla xəbər verir ki, nazir xüsusi əməliyyatda iştirak edən polis əməkdaşlarına soyuqqanlılıq nümayiş etdirərək tapşırığı itkisiz yerinə yetirdiklərinə görə təşəkkürünü bildirib. 

 

***

05:09

Fransada Tuluza şəhəri yaxınlığında yerləşən tütün məmulatları sexində girov götürülmüş 5 qadın azad edilib.

ONA xəbər verir ki, sexin 1 əməkdaşını və 4 müştərini girov götürən şəxs 17 yaşlı yeniyetmə olub. 
 

***

20:41

Fransanın Tuluza şəhəri yaxınlığında yerləşən Blanyak kommunasındakı tütün məmulatları sexinə bir nəfər naməlum şəxs silahlı basqın edib.

ONA lenta.ru-ya istinadən xəbər verir ki, cinayətkar şəxs sexdəki 5 müştərini və bir satış menecerini girov götürüb. 

Girovların hamısının qadın olduğu bildirilir.

Dərhal hadisə yerinə polis qüvvələri cəlb edilib.

Cinayətkar hüquq-mühafizə orqanlarının əməkdaşlarına iki dəfə atəş açaraq tələbləri həyata keçməyəcəyi təqdirdə girovları öldürəcəyini deyib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR