Bank Of Baku

Fransanın cənub-qərbindəki meşə yanğını hərbi poliqona çatıb

Fransanın cənub-qərbindəki meşə yanğını hərbi poliqona çatıb
# 28 iyul 2026 23:47 (UTC +04:00)

Fransanın cənub-qərbində, Jirond departamentində baş verən meşə yanğını Suj hərbi poliqonunun ərazisinə yayılıb.

Bu barədə "Le Figaro" qəzeti məlumat yayıb.

Məlumata görə, alov hərbi obyektin yerləşdiyi əraziyə çatıb. Təxminən 2,8 min hektar sahəni əhatə edən poliqonda Fransa Xüsusi Təyinatlı Qüvvələrinin tərkibinə daxil olan 13-cü Paraşüt-Desant Alayının hərbçiləri xidmət keçir.

Ölkə tarixinin ən böyük meşə yanğınlarından birinin söndürülməsinə 2,5 minə yaxın yanğınsöndürən, o cümlədən İsveçrədən gələn xilasedicilər cəlb olunub.

Əməliyyata, həmçinin 1,5 min fransız hərbçisi və təxliyə ilə təhlükəsizliyi təmin edən 1,2 min polis əməkdaşı da qoşulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR