Bank Of Baku

FT: Zelenski Ukraynada seçkilərin keçirilməsi barədə qərarı fevralın 24-də elan edə bilər

Ukrayna Prezidenti Volodimir Zelenski

© APA | Ukrayna Prezidenti Volodimir Zelenski

# 11 fevral 2026 10:55 (UTC +04:00)

Ukrayna Prezidenti Volodimir Zelenski prezident seçkilərinin və Ukrayna münaqişəsinin həllinə dair referendumun keçiriləcəyi haqda qərarı fevralın 24-də elan edə bilər.

APA xəbər verir ki, bu barədə “Financial Times” mənbələrə istinadən məlumat yayıb.

Anonim Qərb rəsmisinin sözlərinə görə, “ukraynalılar möhkəm inanırlar ki, bütün bu tədbirlər Zelenskinin yenidən seçilməsi ilə bağlı olmalıdır”.

Nəşr yazır ki, Tramp administrasiyası Ukrayna liderindən həm seçkiləri, həm də referendumun mayın 15-dək keçirilməsini tələb edib, əks halda təhlükəsizlik zəmanətlərini itirə biləcəkləri barədə xəbərdarlıq edib.

Zelenskinin Ofisi Financial Times”də dərc olunmuş materiala münasibət bildirib.

“Müvafiq təhlükəsizlik təminatı təmin olunmadan seçkilər barədə elanlar olmayacaq”, —
mənbə qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR