Bank Of Baku

İsveçrədə dondurulmuş Rusiya aktivlərinin həcmi 10,2 milyard dollara çatıb

İsveçrədə dondurulmuş Rusiya aktivlərinin həcmi 10,2 milyard dollara çatıb
# 25 noyabr 2026 07:42 (UTC +04:00)

İsveçrədə dondurulmuş Rusiya aktivlərinin ümumi dəyəri 8,5 milyard İsveçrə frankına (10,2 milyard dollar) yüksəlib.

APA xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

İsveçrə İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin sanksiyalar şöbəsinin rəhbəri Daniel Ebi bildirib ki, yeni göstərici 2025-ci ilin aprel ayı ilə müqayisədə 15 faiz çoxdur. Artım müsadirə olunan aktivlərin sayının artması və qızıl ehtiyatlarının dəyərinin yüksəlməsi ilə əlaqələndirilir.

Bununla yanaşı, Rusiyanın Mərkəzi Bankına məxsus dondurulmuş aktivlərin dəyəri son 18 ayda 9 faiz azalaraq 6,8 milyard frank təşkil edib. Bu azalma vəsaitlərin sərbəst buraxılması ilə deyil, saxlanıldığı valyutaların dəyər itirməsi ilə bağlıdır.

Qeyd edək ki, İsveçrə avqust ayında Aİ-nin Rusiyaya qarşı 20-ci sanksiya paketinə qoşulub. Nəticədə ölkədə təxminən 2790 fiziki və hüquqi şəxsin aktivləri dondurulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR