Aprelin 22-23-də Yaponiyanın Miyazaki şəhərində keçirilən danışıqlarda Yeddilik Qrupu (G7) ölkələrinin kənd təsərrüfatı nazirləri Ukraynaya kənd təsərrüfatı infrastrukturunun bərpası sahəsində dəstək verməyə razılaşıblar.
APA-nın məlumatına görə, bu barədə bazar günü Kyodo agentliyi məlumat yayıb.
Bundan əlavə, danışıq iştirakçıları aqrar-sənaye istehsalı sahəsində ərzaq təhlükəsizliyinin təmin edilməsi və ekoloji dayanıqlılığa nail olmaq üçün birgə işləmək barədə razılığa gəliblər.
NHK telekanalının məlumatına görə, Kiyevə kömək etmək üçün G7 ölkələri kənd təsərrüfatı torpaqlarının minalardan təmizlənməsi və zədələnmiş obyektlərin bərpası üçün texnologiyaları Kiyevə ötürə, həmçinin yerli fermerlərə subsidiyalar almağa kömək edə bilər.