Bank Of Baku

Gürcüstan ABŞ avtomobillərinin Rusiyaya ixracına qadağa qoyub

Gürcüstan ABŞ avtomobillərinin Rusiyaya ixracına qadağa qoyub
# 02 avqust 2023 19:47 (UTC +04:00)

Avqustun 1-dən Gürcüstan hakimiyyəti ABŞ istehsalı olan avtomobillərin Rusiya Federasiyasına ixracına və təkrar ixracına məhdudiyyətlər qoyub.

Bu barədə TASS-a ölkənin Maliyyə Nazirliyinin gəlirlər xidmətindən məlumat verilib.

Qeyd edilib ki, sentyabrın 26-dan isə Avropadan gətirilən avtomobillərə məhdudiyyətlər tətbiq ediləcək.

Gürcüstanın Milli Statistika Xidmətinin daha əvvəl verdiyi məlumata görə, yanvar-iyun aylarında respublika Rusiya Federasiyasına ümumi dəyəri 52 milyon dollardan çox olan 3,7 mindən çox avtomobil ixrac edib.

Xatırladaq ki, Avropa İttifaqı 11-ci sanksiyalar paketi çərçivəsində Rusiyaya mühərrikinin həcmi 1,9 litrdən çox olan yeni və işlənmiş avtomobillərin, eləcə də elektromobillərin və hibridlərin tədarükünə qadağa qoyub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR