Bank Of Baku

Gürcüstan Baş naziri Qətərə səfərə gedib 

İrakli Qaribaşvili

© APA | İrakli Qaribaşvili

# 20 iyun 2022 13:53 (UTC +04:00)

Gürcüstan Baş naziri İrakli Qaribaşvilinin rəhbərlik etdiyi nümayəndə heyəti Qətərə səfərə gedib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Baş nazirin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hökumət başçısı Qətər İqtisadi Forumunda iştirak edəcək və forumun panel müzakirələrindən birində çıxış edəcək.

Qeyd olunub ki, səfər çərçivəsində yüksək səviyyəli ikitərəfli görüşlərin keçirilməsi də planlaşdırılıb.

Gürcüstan Baş nazirini səfərdə müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili, xarici işlər naziri İlia Darçiaşvili və digər rəsmilər müşayiət edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR