Bank Of Baku

Gürcüstan DİN: Lars sərhəd-buraxılış məntəqəsi adi rejimdə işləyir

Gürcüstan DİN: Lars sərhəd-buraxılış məntəqəsi adi rejimdə işləyir
# 24 iyun 2023 20:48 (UTC +04:00)

Gürcüstan Daxili İşlər Nazirliyi Rusiya-Gürcüstan arasındakı Lars sərhəd-buraxılış məntəqəsindəki vəziyyətlə bağlı bəyanat yayıb.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, DİN iyunun 24-də buraxılış məntəqəsindəki vəziyyətin əvvəlki günlər və həftələrlə eyni olduğunu bəyan edib. Qeyd olunub ki, qurum sərhəd buraxılış məntəqəsinə həmişəki qaydada nəzartəti davam etdirir.

“Gürcüstana daxil olan və ölkədən çıxanların sayında artım müşahidə olunmur. Daxili İşlər Nazirliyinin əməkdaşları adi rejimdə işləyirlər. Nəzarət hansı səviyyədə olmalıdırsa, o səviyyədədir. Hər kəs həmişə olduğu kimi standart qaydada yoxlanılır”, - deyə Gürcüstan DİN-in nümayəndəsi Davit Pxaladze bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR