Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) sabiq rəis müavini Soso Qoqaşvili 5 il müddətinə həbs edilib.
APA-nın Gürcüstan bürosu xəbər verir ki, qərar Tbilisi Şəhər Məhkəməsində keçirilən məhkəmə iclasında qəbul edilib. Müttəhimin ailə üzvləri məhkəmənin qərarından razı qalmayıblar.
Qeyd edək ki, sabiq rəis müavininə qarşı Gürcüstan Cinayət Məcəlləsinin dövlət sirrinin qəsdən açıqlanması, şəxsi həyata dair məlumatların qanunsuz əldə edilməsi, vəzifə səlahiyyətlərini aşmaq kimi maddələri ilə ittiham irəli sürülüb.