2019-cu ilin yanvar-oktyabr ayları ərzində Gürcüstan hava limanlarından istifadə edən sərnişinlərin sayı 4% artaraq 4 555 673 nəfərə çatıb.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Hava Limanları Birliyinin hesabatında məlumat verilib.
Qeyd olunub ki, ötən ilin analoji dövründə isə bu rəqəm 4 362 002 nəfər təşkil edib.