Bank Of Baku

Gürcüstan hökumətinin tərkibində dəyişiklik edilib - YENİLƏNİB

Gürcüstan hökumətinin tərkibində dəyişiklik edilib - YENİLƏNİB
# 09 fevral 2022 14:07 (UTC +04:00)

Gürcüstanda hökumətin tərkibinə dəyişiklik edilib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Baş nazir İrakli Qaribaşvili bildirib.

İqtisadiyyat və davamlı İnkişaf naziri Natia Turnava vəzifəsindən istefa verib, onun yerinə ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Levan Davitaşvili təyin edilib.

Levan Davitaşvilini isə Otar Şamuqianın əvəz edəcəyi bildirilib.

***

saat 13:19

Gürcüstan hökumətinin tərkibində dəyişiklik planlaşdırılır.

APA-nın Gürcüstan bürosu yerli mətbuata istinadən xəbər verir ki, dəyişikliyin iqtisadi komandada edilməsi gözlənilir.

Məlumata görə İqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava Nazirlər Kabinetini tərk edəcək.

Qeyd edək ki, Gürcüstan hökuməti saat 14:00-a brifinq təyin edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR