Bank Of Baku

Gürcüstan Ombudsman ofisi: Saakaşvilinin yataq xəstəsinə çevrilmək ehtimalı yaranıb

Gürcüstan Ombudsman ofisi: Saakaşvilinin yataq xəstəsinə çevrilmək ehtimalı yaranıb
# 27 fevral 2023 18:52 (UTC +04:00)

Gürcüstan İnsan Haqları Müvəkkili (Ombudsman) ofisinin ekspertlər qrupu sabiq Prezident Mixeil Saakaşvilinin səhhətinin daha da pisləşməsi barəsində məlumat yayıb.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, məlumatda Mixeil Saakaşvilinin yataq xəstəsinə çevrilmək ehtimalının yarandığı bildirilib.

Qeyd olunub ki, sabiq Prezidentin bədəni aktiv katabolizm mərhələsinə daxil olub və 5-7 kiloqram da itirərsə o yataq xəstəsinə çevriləcək. Qeyd edilib ki, bu 1-2 aya baş verə bilər.

Ekspertlər qrupunun Saakaşvilini fevralın 19-da ziyarət etdiyi bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR