Bank Of Baku

Gürcüstan parlamenti sabah Prezidentin impiçmenti prosesinə başlayacaq

Gürcüstan parlamenti sabah Prezidentin impiçmenti prosesinə başlayacaq
# 17 oktyabr 2023 15:51 (UTC +04:00)

Gürcüstan parlamenti sabah ölkə Prezidentinin impiçmenti prosesinə başlayacaq.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə spiker Şalva Papuaşvili parlamentin plenar sessiyasında çıxışı zamanı bildirib. O, Prezident Administrasiyası ilə əlaqə saxladığını və Prezident Salome Zurabişvilinin sabah saat 12:00-da başlayacaq müzakirədə iştirak edəcəyini deyib.

Qeyd edək ki, Prezidentin impiçmenti üçün hakim "Gürcü Arzusu" partiyasının 100 deputatın dəstəyinə ehtiyacı var. Lakin partiya hazırda 85 mandata malikdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR