Bank Of Baku

Gürcüstan parlamentində dava düşüb - VİDEO

Gürcüstan parlamentində dava düşüb - VİDEO
# 02 mart 2023 18:26 (UTC +04:00)

Gürcüstan parlamentinin komitə iclası zamanı fiziki qarşıdurma baş verib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, deputatlar, eləcə də vətəndaş cəmiyyəti nümayəndələri arasında dava “xarici agentlər” haqqında qanun layihəsinin müzakirəsi zamanı baş verib.

Sözügedən qanun layihəsinin Xarici Əlaqələr Komitəsi və Müdafiə və Təhlükəsizlik Komitələrinin qapalı iclasında müzakirəsi zamanı müxalif deputatlar vətəndaş cəmiyyəti nümayəndələrini iclasa daxil etmək istəyiblər. Bu zaman qanunu dəstəkləyən deputatlarla müxaliflər arasında fiziki qarşıdurma baş verib. Parlamentin təhlükəsizlik xidmətinin əməkdaşları deputatları güc tətbiq edərək zaldan kənarlaşdırıb.

Qarşıdurma nəticəsində iclasın təxminən 40 dəqiqə gecikdiyi bildirilib.

Qeyd edək ki, “xarici agentlər qanunu” kimi tanınan qanun layihəsi parlamentdə “xarici təsir agentləri” adı ilə qeydiyyatdan keçirilib. Hakim partiyanın dəstəklədiyi qanun layihəsini müxalifət partiyaları, QHT-lər, müstəqil ekspertlər tənqid edir. ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan isə qanunu “rus qanunu” adlandırıb. ABŞ dövlət Departamenti də qanun layihəsinin Gürcüstanın Avro-Atlantik inteqrasiya istəkləri ilə ziddiyyət təşkil etdiyini bildirib.

Qanun layihəsinə əsasən gəlirlərinin 20 faizdən çoxunu xarici mənbələrdən əldə edən media subyektləri və qeyri hökumət təşkilatları xarici təsir agentləri kimi qeydiyyatdan keçməli olacaqlar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR