Bank Of Baku

Gürcüstan parlamentində insident olub - VİDEO

Gürcüstan parlamentində insident olub - VİDEO
# 14 iyun 2023 14:20 (UTC +04:00)

Gürcüstan parlamentinin plenar sessiyasında insident baş verib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, iclas davam edərkən zalda olan fəal “Rusiya qanununa yox” pankartı açıb və olduğu balkondan hakim partiyanın deputatların üstünə rus rublu atıb. Parlament sədri Şalva Papuaşvili vətəndaşı zalı tərk etməyə çağırıb.

Zalda yaranmış səs-küy səbəbilə təhsilin keyfiyyəti ilə bağlı qanun layihəsinin müzakirəsi dayandırılıb. Müxalifət və iqtidar deputatları arasında mübahisə baş verib. İnsident səbəbilə parlamentin işində yarım saatlıq fasilə elan edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR