Bank Of Baku

Gürcüstan prezidenti Təhlükəsizlik Şurasının iclasının keçirilməsinə çağırıb

Gürcüstan prezidenti Təhlükəsizlik Şurasının iclasının keçirilməsinə çağırıb
# 24 iyun 2023 20:29 (UTC +04:00)

Gürcüstan Prezidenti Salome Zurabişvili Rusiyada baş verən hadisələrlə əlaqədar Baş nazir İrakli Qaribaşvilidən təcili olaraq Təhlükəsizlik Şurasının iclasını çağırmasını istəyib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Zurabişvili keçirdiyi xüsusi brifinqdə bildirib. O, şurada bir neçə mühüm məsələnin, o cümlədən sərhəd nəzarətinin gücləndirilməsinin, viza rejiminə yenidən baxılmasının və sanksiyaya məruz qalan şəxslərin siyahılarının tətbiqinin müzakirə edilməli olduğunu qeyd edib.

Zurabişvili ölkənin təhlükəsizliyinə cavabdeh olan heç bir qurumla əlaqə saxlaya bilmədiyini qeyd edib. Prezident əlavə edib ki, ölkənin Ali Baş Komandanı kimi ona məlumat verən yeganə şəxs Müdafiə Qüvvələrinin komandanı general-mayor Giorgi Matiaşvilidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR