Bank Of Baku

Gürcüstan səfirliyi Azərbaycanı təbrik edib

Gürcüstan səfirliyi Azərbaycanı təbrik edib
# 18 oktyabr 2022 16:38 (UTC +04:00)

Gürcüstanın ölkəmizdəki səfirliyi Azərbaycan xalqını 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib.

APA-nın xəbər verir ki, bu barədə səfirliyin “Facebook” səhifəsində paylaşım edilib.

“Gürcüstanın dostu və strateji tərəfdaşı olan Azərbaycan Respublikasını Dövlət Müstəqilliyinin bərpası günü münasibətilə təbrik edirik. 1991-ci il oktyabrın 18-i Azərbaycanın ən yaxın tarixində əlamətdar günlərdən biridir. Biz Gürcüstan-Azərbaycanın çoxəsrlik dostluq münasibətlərinə və strateji tərəfdaşlığına böyük əhəmiyyət veririk. Azərbaycan dövlətinə və xalqına sülh, tərəqqi və uğurlar arzulayırıq”, - deyə səfirlik qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR