Bank Of Baku

Gürcüstana 6 ildən köhnə avtomobillərin idxalı qadağan olunacaq

Gürcüstana 6 ildən köhnə avtomobillərin idxalı qadağan olunacaq
# 12 fevral 2026 12:47 (UTC +04:00)

Gürcüstana istehsal tarixi 6 ildən çox olan avtomobillərin idxalı qadağan olunacaq.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumətin iclasında bildirib.

Onun sözlərinə görə, ölkənin Daxili İşlər Nazirliyinin hazırladığı müvafiq qanunvericilik layihəsi artıq parlamentə təqdim olunub.

Kobaxidze qeyd edib ki, qadağanın tətbiqi ekologiya, insan sağlamlığı və rahat hərəkət üçün vacibdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR