Bank Of Baku

Gürcüstana narkotik keçirən Ermənistan vətəndaşı saxlanılıb

Gürcüstana narkotik keçirən Ermənistan vətəndaşı saxlanılıb
# 03 noyabr 2025 10:46 (UTC +04:00)

Gürcüstana qanunsuz olaraq narkotik vasitə keçirən 1984-cü il təvəllüdlü Ermənistan vətəndaşı saxlanılıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gücüstanın Daxili İşlər Nazirliyindən bildirilib.

Məlumata əsasən, “Sadaxlı” nəzarət-buraxılış məntəqəsində saxlanılan şəxsin idarə etdiyi avtomobilə keçirilmiş ətraflı baxış zamanı xüsusilə külli miqdarda – bir kiloqrama yaxın “klefedron” narkotik vasitəsi aşkarlanıb.

Ermənistan vətəndaşı xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi və saxlanılması, Gürcüstan ərazisinə qeyri-qanuni yolla gətirilməsində ittiham olunur. Bu cinayət əməli 20 ilədək və ya ömürlük həbslə cəzalandırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR