Bank Of Baku

Gürcüstanda batalyon komandirini ildırım vurub

Gürcüstanda batalyon komandirini ildırım vurub
# 16 iyun 2023 09:50 (UTC +04:00)

Gürcüstan Silahlı Qüvvələrinin batalyon komandirini poliqonda ildırım vurub.

APA “Sputnik”in Gürcüstan bürosuna istinadən yazır ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, artilleriya batalyonunun komandiri, polkovnik-leytenant Qoderdzi Aprasidzeni Orfolo poliqonunda ildırım vurub və o, ağır vəziyyətdə klinikanın reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisə ilə bağlı hərbi polis tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR