Bank Of Baku

Gürcüstanda deputat Qurban bayramına görə sessiyada iştirak edə bilməyib, maaşından tutulub

Gürcüstanda deputat Qurban bayramına görə sessiyada iştirak edə bilməyib, maaşından tutulub
# 31 iyul 2023 17:43 (UTC +04:00)

Gürcüstan parlamentinin müsəlman deputatı Tariyel Nakaidze Qurban bayramı ilə əlaqədar parlamentin 28-29 iyun tarixlərində keçirilmiş sessiyasında iştirak edə bilmədiyi üçün maaşının 10 faizindən məhrum edilib.

APA-nın Tbilisi bürosu xəbər verir ki, bu barədə deputat özü məlumat yayıb. Parlamentari bu faktın diskriminasiya olduğunu və məsələ ilə əlaqədar məhkəməyə müraciət edəcəyini bəyan edib.

Tariyel Nakaidze digər dini bayramlarda istirahət günü elan edildiyini, bu səbəbdən də özünün də Qurban bayramında istirahət hüququ olduğunu vurğulayıb.

Deputat cərimələnməsinin Gürcüstan qanunvericiliyində olan diskriminasiyanın davamı olduğunu qeyd edib. Əlavə edib ki, parlamentin payız sessiyasının iclasında müxtəlif dini və etnik qrupların bayramlarının da istirahət günü olması üçün qanun layihəsi irəli sürəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR