Bu ilin yanvar-iyun ayları ərzində Gürcüstan hava limanlarından istifadə edən sərnişinlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 18,3% və ya 383 894 nəfər artaraq 2 487 043-ə çatıb.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Turizm Agentliyinin (GNTA) təqdim etdiyi hesabatında deyilir.
Hesabata əsasən, hesabat dövründə Gürcüstan aeroportlarından uçuşların sayı 12,9% artaraq 12 099-a bərabər olub.