Bank Of Baku

Gürcüstanda həbs edilən İsrail vətəndaşı ölü tapılıb

Gürcüstanda həbs edilən İsrail vətəndaşı ölü tapılıb
# 11 avqust 2019 21:43 (UTC +04:00)

 

Gürcüstanın  Kutaisi həbsxanasında  İsrail vətəndaşı ölüb. 

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə məlumatı Gürcüstan Xüsusi Penitensiar xidməti yayıb. 

Bildirilib ki, saxlanılan şəxs bir neçə gün öncə İsrail dövlətinin tələbinə əsasən saxlanılıb.

“Ölən şəxs 1958-ci il təvəllüdlü İsrail vətəndaşıdır. Gürcüstan polisi onu bir neçə gün əvvəl İsrail dövlətinin tələbi əsasında həbs edib. Həbs edilməsindən sonra ekstradisiya prosesinə başlanılıb. İsraildə təcavüz etməkdə ittiham edilən şəxs 3 avqust 2019-cu il tarixdə 2 saylı cəzaçəkmə müəssisəsinə yerləşdirilib", - deyə açıqlamada deyilir.

Saxlanılan şəxsin avqustun 6-da tibbi yoxlanışı zamanı səhhətində heç bir problem aşkarlanmadığı və tibbi yardıma ehtiyac duymadığı bildirilib. 

Qeyd olunub ki, sözügedən İsrail vətəndaşı avqustun 7-də cəzaçəkmə müəssisəsində olduğu vaxt həkimə müraciət edib. Həkimin qeydinə görə, müttəhimə nevrotik diaqnoz qoyulub. Ona bir dəfə sedativ dərman verilib və planlı kardioloq məsləhətləşməsi tövsiyə edilib. Lakin  avqustun 11-də saat 08: 27-də məhbus yoldaşı tərəfindən huşsuz vəziyyətdə tapılıb. Səhər saat 08:30-da növbətçi həkim onun öldüyünü elan edib. 

Faktla bağlı İsrailin Gürcüstandakı konsulluğu məlumatlandırılıb. Həmçinin Gürcüstan Ədliyyə Nazirliyinin İstintaq İdarəsinin Qərb şöbəsi tərəfindən cinayət məcəlləsinin 116 (1) maddəsi ilə istintaq başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR