Bank Of Baku

Gürcüstanda koronavirusa yoluxanların sayı 1.4 milyona çatır

Tbilisi

© APA | Tbilisi

# 10 fevral 2022 10:48 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 22 444 yoluxma halı qeydə alınıb, 53 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1 398 059, ölənlərin sayı isə 15 404 nəfərə çatıb. Virusa yoluxanlardan 1 154 476 nəfərin sağaldığı bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR