Gürcüstanda meşə yanğını lokallaşdırılıb.
Gürcüstanın Qori rayonunun Sakauri kəndi yaxınlığında baş vermiş meşə yanğını lokallaşdırılıb.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, səhər saatlarından sərhəd polisinin 3 helikopterinin də cəlb edildiyi yanğınsöndürmə işləri nəticəsində meşə yanğınlarını lokallaşdırmaq mümkün olub.
Məlumata görə, hazırda yerlərdə açıq ocaq yoxdur. Ayrı-ayrı sahələrdə yanğınsöndürmə fəaliyyəti davam edir.
***
Saat 10:19
Gürcüstanın Qori rayonunun Sakauri kəndi yaxınlığında meşə yanğını davam edir.
APA-nın yerli bürosu xəbər verir ki, Gürcüstan Fövqəladə Hallar İdarəsi yanğının lokallaşdırılması istiqamətində işləri gecə boyunca davam etdirib. Yanğınsöndürmə işlərinə Daxili İşlər Nazirliyinin sərhəd polisinə məxsus 3 helikopteri cəlb edilib. Bundan başqa, ərazidə fəaliyyət göstərən yanğınsöndürən maşınların sayı 14-ə, canlı qüvvə sayı 250-yə çatdırılıb.
Hazırda vəziyyətin nəzarət altında olduğu bildirilir.