Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman naziri Mixeil Batiaşvili istefa verib.
APA-nın yerli bürosunun xəbərinə görə, nazirin istefası barədə Gürcüstanın Baş Naziri Giorgi Qaxaria hökumətin iclasında məlumat verib.
Baş Nazir M. Batiaşvilinin özünün istefa ərizəsi ilə müraciət etdiyini qeyd edib.
G. Qaxaria M. Batiaşviliyə xidmətlərinə görə təşəkkür edib.