Bank Of Baku

Gürcüstanda sürüşmə olub, 16 nəfərin torpağın altında qaldığı bildirilir - YENİLƏNİB

Gürcüstanda sürüşmə olub, 16 nəfərin torpağın altında qaldığı bildirilir - YENİLƏNİB
# 03 avqust 2023 17:45 (UTC +04:00)

Gürcüstan Daxili İşlər Nazirliyi Raça-Lexumi regionunda yerləşən Şovi kurort zonasında baş vermiş torpaq sürüşməsi ilə bağlı bəyanat yayıb.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, DİN “Sunset Show” mehmanxanasının yaxınlığında baş vermiş sürüşmə ilə nəticəsində torpaq kütləsinin çökməsi ilə bağlı çoxsaylı zənglər qəbul etdiyini deyib.

Bildirilib ki, aidiyyəti qurumlar hadisə ilə bağlı məlumatlandırılıb və əraziyə müvafiq texnika, xilasedicilər, həmçinin DİN-in sərhəd polisinin iki helikopteri səfərbər edilib.

Qurum hazırki mərhələdə həlak olan və ya xəsarət alanlarla bağlı məlumatlı olmadığını bəyan edib.

***

17:32

Gürcüstanın qərbindəki Şovi kurort zonasında torpaq sürüşməsi olub.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, yerli mətbuatda sürüşmə nəticəsində 6-sı uşaq olmaqla, 16 nəfərin torpaq kütləsinin altında qalması barəsində məlumat yayılıb.

Sürüşmənin “Sunset Show” hotelinin yaxınlığında baş verdiyi bildirilir.

Gürcüstan Daxili İşlər Nazirliyi əraziyə 2 xilasedici helikopterin göndərildiyini açıqlayıb.

Yerli sakinlər ərazidə vəziyyətin ciddi olduğunu, sürüşmə nəticəsində yaxınlıqdakı dağdan böyük torpaq kütləsinin qoparaq kotteclərin olduğu ətraf ərazilərə düşdüyünü, ərazini palçıqlı sel basdığını və yolu bağladığını bildiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR