Bank Of Baku

Gürcüstanda sürüşmə zonasında 40 nəfər itkin düşmüş sayılır - YENİLƏNİB-2 - VİDEO

Gürcüstanda sürüşmə zonasında 40 nəfər itkin düşmüş sayılır - YENİLƏNİB-2  - VİDEO
# 04 avqust 2023 08:44 (UTC +04:00)

Gürcüstanın Oni bələdiyyəsi ərazisindəki Şovi kurort zonasının yaxınlığında baş vermiş torpaq sürüşməsi ilə əlaqədar axtarış-xilasetmə işləri gecə boyunca davam etdirilib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, fəlakət zonasına helikopterlərlə 4 uçuşun həyata keçirildiyi, 80 nəfərin təxliyə edildiyi bildirilir. Gecə helikopterlərin uçuşu dayandırılsa da, səhər saatlarından bərpa edilib. Əraziyə əlavə 15 axtarış-xilasetmə qrupu cəlb edilib. Oni bələdiyyəsinin Qlola kəndi yaxınlığında fövqəladə hallar xidmətinin mobil qərargahı yaradılıb.

Hadisə ilə əlaqədar Gürcüstanın Baş naziri İrakli Qaribaşvili təbii fəlakət zonasına yola düşüb.

Gürcüstanın regional inkişaf və infrastruktur naziri İrakli Karseladze vəziyyətin mürəkkəb, fəlakətin miqyasının geniş olduğunu deyib. 40-dan çox şəxslə əlaqə yaratmaq mümkün olmayıb. Onlar itkin düşmüş sayılır.

***

23.02

Gürcüstanda torpaq sürüşməsinin baş verdiyi Oni bələdiyyəsi ərazisində aparılan axtarış-xilasetmə işlərinə 400 xilasedici və aidiyyəri qurumların nümayəndələri cəlb edilib. APA-nın Tbilisi müxbiri xəbər verir ki, məlumatı Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) yayıb. Xilasetmə işlərinin gecə boyunca davam etdiriləcəyi qeyd olunub.

***

22.43

Xəbərə video əlavə olunub.

***

21.37

Gürcüstanın Oni munisipalitetində sürüşmə zonasından iki nəfərin meyiti tapılıb.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Gürcüstanın İctimai Televiziyasına Gürcüstan Daxili İşlər Nazirliyindən bildirilib. Qeyd olunub ki, xilasedicilər fəlakət bölgəsində əməliyyat zamanı iki nəfərin meyitini çıxarıblar.

DİN-in məlumatına görə, sərhəd polisinə məxsus helikopterlərlə artıq üç uçuş həyata keçirilib və 70 nəfər təhlükəsiz zonaya təxliyə edilib. Xilasetmə işlərinin davam etdirildiyi qeyd olunub.

Qeyd edək ki, yerli KİV daha əvvəl 16 nəfərin torpaq kütləsinin altında qalması barəsində məlumat yayıb.

***

20.10

Gürcüstanlı xilasedicilər sürüşmənin baş verdiyi Raça dağlıq bölgəsində yerləşən “Sunset Shovi” otelinin ərazisindən 12 nəfəri çıxara biliblər.

APA xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin Strateji Kommunikasiyalar Departamentinin direktoru Ketevan Kovziaşvili məlumat verib.

"Artıq 12 vətəndaş təbii fəlakət zonasından çıxarılıb, onlardan beşi uşaqdır! Xilasetmə tədbirləri fəal şəkildə davam edir", - o, “Facebook”da yazıb.

Torpaq sürüşməsi cümə axşamı günortadan sonra “Sunset Shovi” otelinin ərazisində baş verib. Təbii fəlakət nəticəsində otelə gedən körpülərə və yollara ziyan dəyib. Daxili İşlər Nazirliyi əraziyə iki polis helikopteri göndərib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR