Gürcüstanda torpaq sürüşməsinin baş verdiyi Oni bələdiyyəsində 210 nəfər helikopterlərlə təhlükəsiz bölgələrə təxliyə edilib.
APA-nın Gürcüstan bürosu xəbər verir ki, bu barədə Raça-Lexum-Kvemo Svaneti üzrə dövlət komissarı Papuna Marqvelidze jurnalistlərə açıqlamasında deyib. O, xilasetmə işlərinin gecə boyunca davam etdirildiyini qeyd edib.
Gürcüstanın regional inkişaf və infrastruktur naziri İrakli Karseladze isə hazırda fəlakət zonasında olan 35 nəfərlə əlaqə saxlamağın mümkün olmadığını bildirilib.