Bank Of Baku

Gürcüstanda yeni Təhsil naziri təyin olunub  

Gürcüstanda yeni Təhsil naziri təyin olunub  
# 13 noyabr 2019 11:20 (UTC +04:00)

Baş naziri Giorgi Qaxaria Mixeil Çxenkelini Təhsil, Elm, Mədəniyyət və İdman naziri təyin edib. 

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın İctimai Televiziyası məlumat yayıb. M. Çxenkeli bundan əvvəl Gürcüstan Baş nazirinin müşaviri olub. 

M. Çxenkeli 2017-2018-ci illərdə Gürcüstanın Təhsil və Elm naziri vəzifəsini, bundan öncə isə Tbilisi Dövlət Universitetinin vitse-rektoru vəzifəsini tutub. 

Qeyd edək ki, Gürcüstanın sabiq Təhsil, Elm, Mədəniyyət və İdman naziri Mixeil Batiaşvili noyabrın 7-də istefa verib.
 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR