Bank Of Baku

Gürcüstanda yol tikintisi zamanı 4 əcnəbi ölüb

Gürcüstanda yol tikintisi zamanı 4 əcnəbi ölüb
# 23 noyabr 2025 22:01 (UTC +04:00)

Gürcüstanda Kveşeti-Kobi yolunun tikintisi zamanı torpaq uçqunu baş verib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Avtomobil Yolları Departamentindən bildirilib.

Məlumata əsasən, nəticədə tikinti şirkətinin əməkdaşları olan beş nəfər torpaq kütləsinin altında qalıb. Həmin şəxslər Türkmənistan və Çin vətəndaşlarıdır. Onlardan 4-nün meyiti aşkarlanıb, biri isə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Avtomobil Yolları Departamenti podratçı şirkətdən təhlükəsizlik normalarına ciddi riayət olunmasını tələb edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR