Gürcüstan vasitəsilə Azərbaycana aksiz markası olmayan siqaretlərin və külli miqdarda bəyan edilməmiş dərman vasitələrinin daşınmasının qarşısı alınıb.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə məlumatı Gürcüstanın Gəlirlər Xidməti yayıb.
Bildirilib ki, ixrac prosedurları çərçivəsində Gürcüstandan Azərbaycana “Qırmızı körpü” gömrük-keçid məntəqəsi vasitəsilə şəkərlə yüklənmiş üç yük maşınının hərəkət etdiyi müəyyənləşdirilib. Nəqliyyat vasitələrinə ətraflı baxış zamanı onlardan birində bəyan edilməmiş mallar – 100 000 qutu “MILANO” siqareti və 1 114 ədəd müxtəlif dərman vasitəsi aşkarlanıb.
Bəyan edilməmiş malların ümumi dəyəri 1 060 000 laridən çox təşkil edib.
Faktla bağlı Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti araşdırma aparır.