Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Avropa Siyasi İcması sammitində iştirak etmək məqsədilə Moldovaya gedib.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, məlumatı Gürcüstanın hökumət administrasiyası yayıb.
Bildirilib ki, Baş nazir tematik müzakirələrdə iştirak edəcək.
Hökumət başçısı sammit çərçivəsində yüksək səviyyəli ikitərəfli görüşlər də keçirəcək.