Gürcüstanın Baş naziri Giorgi Qaxaria Mixeil Dauşvilini bu ölkənin yeni biznes ombudsmanı təyin edib.
APA-nın yerli bürosu xəbər verir ki, Baş nazir yeni biznes ombudsmanını kabinet iclasında təqdim edib.
Qeyd edək ki, sabiq biznes ombudsmanı İrakli Lekvinadze və onun müavini Levan Kalandadze noyabrın 11-də istefa veriblər.