Türkiyə xarici işlər naziri Hakan Fidan bu gün Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonna və İsrailin xarici işlər naziri Eli Kohen ilə telefon danışığı aparıb.
Bu barədə APA-nın İstanbul müxbirinə Türkiyə XİN-dən bildirilib.
Qeyd olunub ki, danışıq zamanı həmkarları nazir Fidanı yeni vəzifəsi münasibətilə təbrik ediblər.